YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zirvələri fəth etmək naminə...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Naftalan şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri Hatəm Qocayev və Eltəkin Quliyev çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrdə qazanılan uğurlardan bəhs edilib. Qeyd olunub ki, son 20 ildə Azərbaycanın beynəlxalq nüfuzu durmadan artıb. Cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət Onun bu seçkilərdə qalib olacağını deməyə əsas verir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə, uğurlarımızın davamı və yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış ediblər.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək  Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.