YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdrik zəkası ilə dünyada tanınan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Kürdəmir rayonunun Axtaçı və Axtaçı-Qarabucaq  kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri – şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, Nicat Ağarəhimov və  Sənan Ələsgərov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi strategiyası ilə Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutub, regionda mövqeyi daha da güclənib, xalqımızın rifah halı yüksəlib. O cümlədən, sosial, səhiyyə, təhsil və digər sahələrdə uğurlu islahatlar reallaşdırılıb. Məhz bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların davam etməsi ilə dövlətimiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlərə imza atacaq.

Natiqlər diqqətə çatdırıblar ki, məhz buna görə seçicilər prezident seçkilərdə fəal olmalı və dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi kursunun davam etməsinə səs verməlidirlər.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək xalqa Qələbə sevinci yaşadan qalib Liderə səs verəcəklərini deyiblər.