YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya və Türkiyə prezidentləri “Türk axını” layihəsini müzakirə edəcək

Bu ilin payızında Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq və prezidentlər “Türk axını” qaz boru kəməri layihəsini müzakirə edəcəklər.

Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq.