YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimad ünvanı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Pirallahı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib.

“Qapı-qapı” seçki texnologiyasına uyğun olaraq keçirilən görüşlərdə bildirilib ki, ölkəmizdə bütün sahələrin inkişafını hədəfləyən islahatlar həyata keçirilir. Ölkəmizin beynəlxalq nüfuzu, xalqımızın həyat şəraiti və rifahı daha da yüksəlir. Xalq-iqtidar birliyi bu inkişafın və dövlət başçısı İlham Əliyevə olan inam və etimadın göstəricisidir.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal olmağa və xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.