YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənan Yavuz: “Star” neft emalı zavodu üçün dəniz limanının inşasına başlanılıb

İzmirin Əliağa rayonunda tikintisi davam etdirilən “Star” neft emalı zavodu üçün dəniz limanının inşasına başlanılıb.

Bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz “Facebook” sosial şəbəkəsi vasitəsilə məlumat verib. O bildirib ki, neft emalı zavodunun dəniz körpüləri 2017-ci ilin mayında istifadəyə veriləcək.

“Türkiyənin özəl sektorunda ilk neft emalı zavodu sayılan “Star”ın inşası sürətlə aparılır. Layihə çərçivəsində bu vaxtadək 2 milyard dollar investisiya qoyuluşu həyata keçirilib. İllik 10 milyon ton xam neft emal tutumu olacaq zavoddan istehsala başlanılmasına 30 ay vaxt qalıb. Zavodun tikintisində əsasən Türkiyənin inşaat şirkətləri və işçiləri iştirak edir. Tez bir zamanda zavodun inşasında çalışan işçilərin sayı 10 minə çatacaq”, - deyə K.Yavuz qeyd edib.

“Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.