YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qalib xalqın qalib Lideri”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Xaçmaz rayonu Hülövlü, Qaradağbuduq və Yergüc kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev,  Nadir Süleymanov, Abasyar Heydərov, Məhəbbət Zeynalova və başqaları çıxış ediblər.

Qeyd olunub ki, YAP bu seçkilərə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedir. Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın siyasi və iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunub.

Natiqlər seçiciləri prezident seçkilərinə fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Xaçmaz rayonunun Qaradağlı, Padar kənd seçiciləri ilə məhəlli görüşlər də keçirilib.