YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözü imzası qədər dəyərli Liderin yanındayıq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Şəmkir rayonunun Zəyəm qəsəbə, Qədimqala və Əliyaqublu kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Tahir Vəliyev, Hilal Məmmədov, Məmməd Qasımov və digərləri çıxış ediblər.

Çıxışlarda son 20 ildə bütün sahələrdə böyük uğurların, misilsiz və qürurverici Qələbələrin əldə edildiyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası müstəqillik dönəminin ən böyük nailiyyətidir.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

“Sözü imzası qədər dəyərli Liderimizin yanındayıq” - deyən seçicilər cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, həmin gün Şəmkir şəhəri 20 Yanvar, Ə.Cavad küçələrində yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.