YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşıqlı sabaha, qüdrətli gələcəyə səs verək!

Qəbələ rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Qəbələ rayonu, Tikanlı  və Abrıx kəndlərində seçicilərlə görüş keçirilib.

Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov, təşviqat qrupunun üzvləri Saleh Məsimov və Tahir Hacıyev çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, bu gün həm regional, həm də qlobal səviyyədə bütün iqtisadi və siyasi məsələlərdə Azərbaycanla hesablaşırlar və ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan xalqı 20 il öncə etdiyi seçimin tarixi qürurunu yaşayır. Prezident İlham Əliyev yalnız Azərbaycan dövlətini inkişaf etdirmədi, o həm də xalqımız və dövlətimiz üçün yeni şanlı tarix yazdı. Dövlət başçımızın adı və imzası tarixə həm də əbədi olaraq qalib Lider kimi həkk olundu.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.