YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlarımızın qarantı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Yardımlı rayonunun Bürzümbül kəndində və şəhərin H.Əliyev küçəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşkilatın sədr müavini Maqsud Şabiyev və təşviqat qrupunun üzvü Balamir Adiyev  çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyevin uğurla apardığı siyasət nəticəsində ərazi bütövlüyümüz tam təmin olunub və Azərbaycan suveren bir dövlətə çevirilib. Bu dəfə seçkilər əvvəlkilərdən fərqli olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də xalqımıza qalibiyyət sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.