YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçkilər xalqın birlik və həmrəyliyinin nümayişi olacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Bərdə rayonunun Gərənə, Cəyirli, Xəsili və Qazaxlar kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təşviqat qrupunun üzvləri Qasım Hacıyev, Tərlan Musayeva, Məhərrəm Şəfiyev, Aqşin Hacızadə, Vahid Qarayev, Şərqiyə Əhmədova,  İkram Ziyadov, Afərim Səlimova, şəhid anası Mehparə Qəribova və Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov çıxış ediblər.

Bildirilib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dünyanın nüfuz sahibi olan dövlətlərindən birinə çevrilib. Ölkəmizin uğurları, nailiyyətləri və Zəfərləri gündən-günə artmaqdadır.

Diqqətə çatdırılıb ki, bütün bunların mahiyyətində cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasət kursu dayanır.

Çıxış edən seçicilər fevralın 7-də qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri Gərənə və Qazaxlar kəndlərində  fərdi görüşlər keçiriblər.