YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsən rayonunda seçicilərlə fərdi görüşlər keçirilib

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Daşkəsən rayonunda seçicilərlə fərdi görüşlər keçirilib.

Görüşlərdə bildirilib ki, xalqımız fevralın 7-də cənab İlham Əliyevə səs verməklə ölkəmizin daha böyük inkişafını təmin edəcəkdir. Tarixi Zəfərlər qazanmış Azərbaycan bu gün vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətə və iqtisadi gücə malikdir. Hazırda ölkəmizdə reallaşan uğurlu sosial islahatlar məhz bunun bariz nümunəsidir.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.