YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də İmişli rayonunun Göbəktala, Şahverdili, Rəsullu, Yalavac və Məhəmmədli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Səlim Məhərrəmov və Cəlil Əliyev çıxış ediblər.

Natiqlər seçiciləri qələbələrimizin qarantı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev İmişli şəhəri ərazisində “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, fərdi görüşlər də keçirib.