YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Saatlı gənclərinin tək seçimi İlham Əliyevdir!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Saatlı rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov, təşviqat qrupunun üzvləri Nicat Mütəllimov, Səmədağa Məmmədov və Vətən Müharibəsi qazisi Elvin Abbasov çıxış ediblər. Çıxış edənlər dövlətimizin uğurlu gənclər siaysətindən, Prezident İlham Əliyevin gənc nəslə qayğısından ətraflı bəhs ediblər.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Gənc seçicilər isə Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.