YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın birinci Avrasiya konfransı keçiriləcək

2016-cı il avqustun 28-31-də Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) birinci Avrasiya konfransı keçiriləcək. Həmçinin, bu il noyabrın 14-də Azərbaycan, Rusiya və Türkiyənin enerji nazirlərinin iştirakı ilə görüşün keçirilməsi də planlaşdırılır.

Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə energetika nazirinin müavini Natiq Abbasovun IAEE-nin prezidenti Gürkan Kumbaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə məlumat verilib. Görüşdə birinci Avrasiya konfransının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Konfransın proqramının Azərbaycanın Energetika Nazirliyi, ADA Universiteti, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırlanması razılaşdırılıb.

Bildirilib ki, IAEE dünyanın 110 ölkəsində üzvü olan qlobal qeyri-kommersiya təşkilatıdır. Assosiasiyanın əsas məqsədi enerji iqtisadiyyatında marağı olan mütəxəssislərə fikir və təcrübə mübadiləsi üçün sahələrarası platforma yaratmaqdır. Konfransda müxtəlif ölkələrin iş adamları, alimlərinin bir araya gələrək, Azərbaycanla yanaşı, Avrasiyanın enerji siyasəti, təchizatı və bu sahədəki mövcud vəziyyəti müzakirə etmələri planlaşdırılır.

IAEE-nin prezidenti G.Kumbaroğlu G20 sammitindən əvvəl, noyabrın 14-də Azərbaycan, Rusiya və Türkiyənin enerji nazirlərinin iştirakı ilə görüşün planlaşdırıldığını da deyib. Noyabrda həmçinin Türkiyənin Antalya şəhərində G20 ölkələri rəhbərlərinin toplantısı da keçiriləcək.