YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə Azərbaycanı yeni uğurlar və parlaq gələcək gözləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qax rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, təşviqat qrupunun üzvləri Mahir Əfəndi, Arzu Dunusova, Aybəniz Məmmədova, Vətən müharibəsi iştirakçısı Polad Seyidli, Ramil Məmmədli və şəhid atası Çingiz Qarayev çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçib. Prezidentimiz Azərbaycanda yaşayan bütün xalqları bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirib. Bu məmləkətdə yaşayan dilindən, dinindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir. Vətən müharibəsində də bütün xalqların nümayəndələri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdi. Bu gün də xalqımız öz Prezidentinin ətrafında birləşərək azad edilmiş şəhər və kəndlərimizi yenidən qurur.

Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.