YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan dinamik inkişaf dövrünü yaşayır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də İmişli rayonunda seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Sərvər Şirinov və Zahidə Əliyeva çıxış ediblər. Natiqlər son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə edilən uğurları diqqətə çatdırıblar. Bildirilib ki, xalq artıq öz seçimini edib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu ərazilərdə gecə-gündüz quruculuq və bərpa işləri gedir. Beləliklə, Azərbaycan sürətli, dinamik inkişaf dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixi zəfərlər qazanıb.

Seçicilər ilk dəfə bütün Azərbaycan ərazilərini əhatə edəcək Zəfər seçkilərinin qalibinin məhz cənab İlham Əliyev olacağına əminlik ifadə ediblər.

Həmçinin YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev gün ərzində seçicilərlə fərdi görüşlər də keçirib.