YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Bu günümüzün və gələcəyimizin təminatçısı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Bakı şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin akt zalında və YAP Sumqayıt şəhər təşkilatının qərargahında kəlbəcərli seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, təşviqat qrupunun üzvləri Aqil Əsədov, Adil Cəmil, və başqaları çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə torpaqlarımızın işğaldan azad olunması, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması və digər əldə olunmuş nailiyyətlərdən geniş bəhs olunub. Qeyd olunub ki, postmüharibə dövründə aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsinə qızıl hərflərlə əbədi yazılacaq. 

Natiqlər seçiciləri 7 fevralda məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş, bugünümüzün və gələcəyimizin təminatçısı qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.