YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Laçınlıların seçimi qalib xalqın qalib Lideri İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də laçınlı seçicilərlə  görüş keçirilib.

Tədbir  Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Şahbaz Muradov, Ələmdar Şahverdiyev, Şikar Qasımov, Aslan Əzimzadə, Həcər Paşayeva və Vətən müharibəsinin iştirakçısı Müşviq Zeynalov çıxış ediblər. Çıxışlarda  bildirilib ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət ölkəmizin inkişafına, xalqımızın əmin-amanlıq şəraitində yaşamasına tam təminat verir. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanıldıqdan sonra işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin tam sürətlə davam etdirilməsi dövlətimizin qüdrətinin göstəricisidir.

Seçicilər isə  ölkəmizin dayanıqlı inkişafını təmin edən qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.