YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qubalı seçicilərlə görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Quba rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, təşviqat qrupunun üzvləri Əliyar Sərvərov, Gəray Qurbanov, şəhid qardaşı Rasim Mikayılov, şəhid anası Zümrüd Əliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu illərdə ölkə həyatının müxtəlif sahələrində saysız-hesabsız yeniliklərə və uğurlara  imza atıb. Bu uğurların ən başlıcası isə ərazi bütövlüyümüzun və suverenliyimizin tam bərpa olunmasıdır.

Natiqlər seçicilərin 7 fevralda keçiriləcək prezident seçkilərində dövlət başçısının möhtəşəm siyasətinin davamına səs verəcəklərinə əminlik ifadə ediblər.

 Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.