YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənclərin seçimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Şamaxı rayonunda gənclər, o cümlədən idmançılarla görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşviqat qrupunun üzvləri Kənan Kərimov,  İsaxan Vəliyev, Vüsalə Əsgərova, Tünzalə Yusifova, Şahmar Hüseynov və şəhid atası Rza Nəbiyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün zəfər salnaməsinə möhtəşəm səhifə yazıb.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.