YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Böyük nailiyyətlər qazanılıb

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Ağcabədi rayonunun Avşar və Salmanbəyli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev, şəhid bacısı Nüşabə İbrahimova və başqaları çıxış ediblər. Natiqlər bildiriblər ki, son 20 il ərzində respublikamızın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər qazanılıb, əhalinin sosial rifahı, həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Natiqlər seçiciləri böyük Zəfərlərin müəllifi olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.