YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın müdrik seçimi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Ağsu şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri İslam Bəhrəmov, Reyhanə Tacızadə və Əmrulla Kərimov çıxış ediblər. Çıxış edən natiqlər əminliklə qeyd ediblər ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edərək ölkəmizi yeni Qələbələrə doğru aparan cənab İlham Əliyevə səs verəcək.

Seçicilər 7 fevral tarixində keçiriləcə prezident seçkilərində qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.