YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Göygöllü seçicilər prezident seçkilərində fəallıq göstərəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Göygöl şəhərində, Nadil və Əlimədədli kəndlərində seçicilərlə görüşlər keçirilib.

Tədbirlər zamanı əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Azadxan Haqverdiyev və Ofelya Rəhimova çıxış ediblər. Çıxışçılar Prezident  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən bəhs edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən  müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətini vurğulayıblar. Dövlət başçısının ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını bildirərək, qədirbilən xalqımızın Prezident İlham Əliyevə hər zaman etimad göstərməklə ölkəmizdə görülən misilsiz işləri, uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirdiyini söyləyiblər.  

Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyev olacağını bəyan ediblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Göygöl şəhərinin məhəllələrində seçicilərlə fərdi görüşlər olub.