YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional bölməsi "Məktəbə hazırlaşmağa kömək et" xeyriyyə aksiyasında iştirak edib

Ulyanovskda "Məktəbə hazırlaşmağa kömək et" xeyriyyə aksiyası çərçivəsində ənənəvi xeyriyyə marafonu keçirilir. Marafonda “Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai Təşkilatının regional bölməsi də iştirak edib.

Aksiya hər il təqribən 20 min uşağın yeni dərs ilinə hazırlaşmasına kömək edir.

ÜAK-ın regional bölməsinin sədri İslam Hüseynov uzun illər keçirilən bu aksiyanın ən əsas iştirakçılarından biri kimi qeyd olunub.

Xeyriyyəçilərə təşəkkürnamələr, məktəblilərə dərs ilinin başlanğıcı üçün hədiyyələr təqdim olunub.

Şagirdləri və onların valideynlərini təbrik edən, bütün aksiya iştirakçılarına təşəkkür edən İ.Hüseynov bildirib ki, ÜAK vaxtaşırı olaraq sağlam millətlərarası münasibətlər yaradılmasına və gənclərin dəstəklənməsinə yönələn xeyriyyə, idman və mədəni tədbirlər təşkil edir.