YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müzəffər Lider İlham Əliyevə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də YAP Yasamal rayon seçki qərargahında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Abel Məhərrəmov, Zaur İmrani, Rövşən İbrahimov və Əbülfəz Tağıyev çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin son 20 ildə gördüyü işlər onun alternativsiz namizəd olduğunu təsdiqləyir. Əldə olunan uğurların zirvəsi isə heç şübhəsiz tarixi Zəfərlərimizin əldə edilməsi və ərazi bütövlüyü, suverenliyimizin tam bərpa olunmasıdır.

Qeyd olunub ki, xalqımız cənab İlham Əliyevi hər zaman olduğu kimi 7 fevral prezident seçkilərində də dəstəkləyəcək və qalib Liderə səs verməklə Azərbaycanın işıqlı gələcəyinə səs vermiş olacaq.

Çıxış edən seçicilər də öz növbəsində YAP-ın namizədi İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunun müxtəlif ərazilərində fərdi görüşlər də keçirilib.