YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər yolu ilə irəli!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Şirvan şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, təşviqat qrupunun üzvləri Akif Saqiyev, Elçin Məlikov, Murad Muradov, Samirə İsmayılova, Yeganə Şahverdiyeva və Ağakişi Pəsiyev çıxış ediblər. Natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də seçkilərdə qalib Lider İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanacağına inandıqlarını bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov şəhid Nicat Hüseynov və Rəşad Hüseynovun ailələrini də ziyarət edib.