YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sabirabad rayonunda təşviqat kampaniyası uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Sabirabad rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Telman Qurbanov, Nicat Əliyev, Ülviyyə Şıxəliyeva və Faiq Hüseynov çıxış ediblər. Natiqlər cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda aparılan çevik islahatlardan, qəbul olunan dövlət proqramlarının önəmindən ətraflı bəhs ediblər. Onlar gələcək inkişaf naminə seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Sabirabad şəhərinin M.S.Ordubadi küçəsinin seçiciləri ilə fərdi görüşlər də keçirilib.