YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tovuzlular İlham Əliyevə səs verəcəklər”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Tovuz şəhərində və  Həsənli kəndində  seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri İlqar Kərimov, Humay Aslanova və Sərxan Musayev çıxış ediblər. Çıxışçılar Prezident İlham Əliyevin yürütdüyü siyasətin müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdiyini bildiriblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.