YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şuşalı, zəngilanlı, kəlbəcərli, ağdamlı...

Fərhad Bədəlbəyli: Bu seçkilər onunla əlamətdardır ki, keçmiş məcburi köçkünlər ilk dəfə öz yurdlarında səs verəcək

“2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində biz hamımız fəal iştirak etməliyik. Bu seçkilər xüsusi xarakter daşıyır”.

Bu fikirləri Xalq artisti Fərhad Bədəlbəyli bildirib.

F.Bədəlbəyli vurğulayıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, şuşalı, zəngilanlı, kəlbəcərli, ağdamlı, füzulili və laçınlı seçicilər, həmçinin digər keçmiş məcburi köçkünlər ilk dəfə öz doğma yurdlarında səs verəcək: “Ona görə məhz bu seçkilər çox vacibdir. Mən bütün səsvermə hüququ olan vətəndaşlarımızı prezident seçkilərində fəal olmağa çağırıram. Əziz xalqım, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verin! Çünki məhz qalib Liderin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfərlər qazandı”.

F.Bədəlbəyli deyib ki, bu Zəfərlər 200 illik tarix ərzində Azərbaycanın ən böyük qələbələridir: “Ona görə mən özüm də prezident seçkilərində fəal iştirak edəcəyəm. Bütün sənət yoldaşlarıma, ziyalılara müraciət edirəm ki, gəlin cənab İlham Əliyevə səs verək!”.