YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səsimiz 30 illik yurd həsrətinə son qoyan qalib Liderədir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Gəncə şəhərində, Samux və Şəmkir rayonlarında məskunlaşmış kəlbəcərli seçicilərlə görüşlər keçirilib.

Görüşlərin hər biri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, təşviqat qrupunun üzvləri Elburus Hüseynov, Zahir Əliyev və Mahir Muxtarov bildiriblər. Natiqlər son 20 ildə Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində qazanılan tarixi zəfərlər, müharibədən sonra aparılan məqsədyönlü siyasət və işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işlərindən danışıblar. Çıxışlarda vurğulanıb ki, ölkəmizin iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası Azərbaycanın 30 il əvvəl pozulan ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

Natiqlər seçiciləri fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs  verməyə çağırıblar.

Seçicilər də fikirlərini ifadə edərək seçimlərinin cənab İlham Əliyev olacağını vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.