YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbəmizin qarantı qalib Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Yasamal rayonundan məskunlaşmış Xocalı rayonundan olan seçicilərlə görüş keçirilib.

YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, təşviqat qurupunun üzvü Murad Şükürov çıxış edərək bildiriblər ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizə böyük nailiyyətlər qazandırıb. Ən əsas nailiyyət isə torpaqlarımızın erməni işğalından azad olunması və xalqımızın  Zəfər sevincini yaşamasıdır.

Natiqlər xalqımızın bu seçkilərdə  də doğru seçim edərək, dövlətimizin təhlükəsizliyinin təminatçısı olan cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını diqqətə çatdırıblar.

Görüşdə iştirak edən seçicilər də ölkəmizin inkişafının davamlı olması naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.