YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda seçicilərlə fərdi görüşlər davam edir

2024-cü il 7 fevral tarixində ölkəmizdə keçiriləcək  prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası  çərçivəsində  fevralın 2-də Xətai rayonunda “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq fərdi görüşlər keçirilib.

Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 ildə vətəndaşların sosial rifah halının yüksəldilməsi, daha yaxşı yaşaması daim diqqət mərkəzində olub. İqtisadi və hərbi gücünü daim artıran, qarşısına qoyduğu bütün strateji hədəflərə nail olan, tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edən Azərbaycan qüdrətli dövlətə çevrilib.

Vüqar Rəhimzadə seçiciləri sosial rifahımızın daha da yüksəlməsi naminə 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.