YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə işıqlı sabahlara doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunun Yeni Həyat, Pirquluoba, Çaykənarı, Gödəkli kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Abasyar Heydərov, Telman Museyibov, Ramin Əzizov, İradə Çobanova, Məhsim Məhsimov, Ağamirzə Əzimov, qazi Nəriman Qurbanov çıxış ediblər. Çıxışlarda Azərbaycanın yaratdığı yeni reallıqlardan bəhs edilib, ölkəmizin uğurlu gələcəyinin məhz Prezident İlham Əliyevin siyasəti ilə bağlı olması vurğulanıb.

Natiqlər seçicilərin 7 fevralda dövlət üçün tarixi siyasi prosesdə fəal iştirak edəcəklərinə inandıqlarını bildiriblər. Onlar bütün seçiciləri ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Xaçmaz rayonunun Qusarçay və Qıraqlı kənd seçiciləri ilə məhəllə görüşləri də keçirilib.