YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hacıqabul gənclərinin seçimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Hacıqabul şəhərində gənclər, o cümlədən idmançılar və ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev və təbliğat qrupunun üzvü Həbib İbrahimov çıxış ediblər. Çıxış edənlər ilk öncə 2 fevral - Gənclər Günü münasibəti ilə rayon gənclərini təbrik ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini bildiriblər.

Natiqlər növbəti dövrdə gənclərlə iş sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən və hədəflərdən söz açıblar, gəncləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər yekdilliklə bildiriblər ki, Hacıqabul gənclərinin seçimi qalib xalqın qalib Lideri İlham Əliyevdir.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.