YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın qalib Liderə etimad göstərəcəyi şübhəsizdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Bakı şəhərində yaşayan füzulili seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, partiyanın İdarə Heyətinin üzvü Asif Əsgərli, təşviqat qrupunun üzvləri Roza Mirzə və Anar Əliyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasının müstəqillik dönəminin ən böyük uğuru olduğu bildirilib. Son 20 il ərzində bütün sahələrdə əldə olunan bütün uğurlara görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilib. Vurğulanıb ki, yeni hədəflərin uğurla reallaşdırılması üçün 7 fevral prezident seçkilərində xalqın cənab İlham Əliyevə növbəti dəfə etimad göstərəcəyi şübhəsizdir.

Seçicilər seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.  

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.