YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər qalib Liderin uğurlu fəaliyyətindən bəhs ediblər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Biləsuvar rayonunun Əsgərabad kəndində seçicilərlə görüşüblər.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, təşviqat qrupunun üzvlərindən Bəhruz Əliyev, Mirhənifə Mirsultanov və Elçin Fərəcov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək səsvermə prosesində fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırıblar.

Seçicilər də Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən söz açaraq prezident seçkilərində qalib Liderə yekdilliklə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Biləsuvar şəhər 8 mart küçəsində seçicilərlə fərdi görüşlər keçirilib.