YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gəncliyin hamisi və himayədarı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında gənclər, o cümlədən idmançılarla görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görüş Azərbaycanının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev və təbliğat qrupunun üzvləri Radə Qafarova və Rövşən Bayramov çıxış ediblər.  Qeyd olunub ki, son 30 ildə ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman gündəmdə olub, hazırda bu siyasət uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev öz uğurlu fəaliyyəti ilə Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görüb və gələcəkdə də bu məsələ həmişə diqqət mərkəzində olacaq.  

Natiqlər qeyd ediblər ki, bu görüş əlamətdar bir vaxta - 2 fevral Gənclər Gününə təsadüf edir. Onlar ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıblar, gəncləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə səsləyiblər.

Görüşdə ağcabədili gənc seçicilər yeganə seçimlərinin qalib Lider İlham Əliyev olduğunu fəxrlə ifadə ediblər.

Görüşün yekununda prezidentliyə namizəd cənab İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Təşviqat kampaniyası çərçivəsində həmçinin fevralın 2-də Ağcabədi rayonunun Qiyamadınlı kəndində seçicilərlə görüş keçirilib.