YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük qürur və sevinc hissi ilə səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Kürdəmir rayonunun Mollakənd, Ərəbxana, Çərtəyəz, Türkədi, Qocalı, Xəlsə, Beyi və Pirəköcə kənd seçiciləri ilə  görüş keçirilib.

Görüşlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov,  təşviqat qrupunun üzvləri - Dürriyə Seyidova, Əlisahab Əliabbasov, Sənan Ələsgərov, Vüsalə Bünyətova, Gülayyət İsmayılova və şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva çıxış ediblər.

Qeyd olunub ki, cənab İlham Əliyev ötən müddət ərzində öz əməli fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış ən böyük nailiyyətlərimizdən biri olan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib. İndi xalqımız əmindir ki, qalib Liderin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq. Əminliklə vurğulanıb ki, Azərbaycan xalqı gələcək 7 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini artıq müəyyənləşdirib. Xalqın seçimi qalib Lider İlham Əliyevdir.

Seçicilər Zəfər seçkisinə böyük qürur və sevinc hissi ilə getdiklərini deyərək səsvermə günü qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.