YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflər uğrunda!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Qax rayonunun Cəlayir kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, təşviqat qrupunun üzvü Xalid Heydərov, müharibə iştirakçısı Polad Seyidli çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar, Vətən müharibəsində qazanılan böyük Qələbənin əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə geniş məlumat verilib.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.