YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbəmizi təmin edən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də YAP Qubadlı rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Razim Əliyev, Ədalət Əsədov, Yaşar Həsənov, Nigar Ağazadə və Şəhanə Əhmədova  çıxış ediblər. Bildirilib ki, 7 fevralda ölkəmizdə keçirilən seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl yurdlarından didərgin salınan soydaşlarımızın bir hissəsi öz doğma torpaqlarında səs verəcəklər. Bütün bu nailiyyətlər bir daha göstərir ki, xalq seçimlərində yanılmayıb.

Natiqlər seçiciləri bu dəfəki seçkilərdə də cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər sərkərdə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.