YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müzəffər xalqın gənclərinin seçimi bəllidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Pirallahı rayonunda gənc seçicilərlə görüş keçirilib.

Görüş Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Mərkəzi seçki qərargahının üzvləri Bəhruz Quliyev, Məcid Əhmədov, təşviqat qrupunun üzvü Məmləkət Qaraçobanova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafında müstəsna xidmətlərə malikdir. Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə döyüşən qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərpa edilib və xalqımızın otuz illik torpaq həsrətinə son qoyulub. Gənclərimiz döyüş meydanında olduğu kimi, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Natiqlər gəncləri 7 fevralda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Gənclər də öz növbəsində Azərbaycanın uğurlu gələcəyinə - cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.