YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Beyləqanda ilk dəfə səs verəcək seçicilərlə görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də YAP Beyləqan rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

 Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Fədayət Rüstəmov, Bakir Həsənov, Sənan Kərimov, Səxavət Məmmədov, Elvin Məmmədov, Niyaməddin Əsgərov, Qazi Zaur Ağakişiyev, Yusif Əliyev, Mehman Kərimov, Babakişi Ağakişiyev, Veysəl Cəfərov və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri 7 fevralda seçki məntəqələrinə gələrək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, kampaniya şərçivəsində Beyləqan rayonunun Əmirzeyidli kəndində də seçiiclərlə görüş olub. Eləcə də, Beyləqan şəhərində fərdi görüşlər keçirilib.