YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev budəfəki seçkilərdə də parlaq qələbə qazanacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Qazax rayonunun İkinci Şıxlı kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Akif Əmirov, Sevda Həsənova, Cavanşir Rüstəmov, Elxan Abdullayev, Müqabil Məmmədov, Səfurə Rəhimova, Xasay Balayev çıxış ediblər.

Natiqlər vurğulayıblar ki,  Azərbaycana qələbələr qazandıran Liderə - İlham Əliyevə inam və etimad sonsuzdur. Əminlik ifadə olunub ki, prezident seçkilərinə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedən Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu tarixi seçkilərdə də parlaq və inamlı qələbə qazanacaqdır.

Təşviqat qrupunun üzvləri seçiciləri hər bir azərbaycanlının prezidenti olan, dünya şöhrətli siyasətçi, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.