YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişaf və tərəqqi naminə qalib Liderə səs verək!

Masallı rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Masallı rayonundan olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupu üzvlərindən Qardaş Fətullayev, Əntiqə Tağıyeva, Nahid Rəhimov, şəhid ataları Bayram Əsgərov, Aslan  Məhərrəmov, şəhid qardaşı Vüsal Məmmədov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib.

Natiqlər seçiciləri seçki prosesində fəal olmağa, ölkəmizdə gedən möhtəşəm proseslərdə daha yaxından iştirak etməyə və fevralın 7-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.