YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha işıqlı sabahlar, xoşbəxt günlər naminə...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Zərdab rayonunun Qoruqbağı və Məlikli kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Neman Yediyarov, Dəyanət Mehrəliyev, Sevinc Məmmədova və Gülnaz Məmmədova çıxış ediblər. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər çıxışlarında fevralın 7-də seçki məntəqələrinə gedərək xalqa Zəfər sevinci yaşadan Liderə səs verəcəklərini deyiblər.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zərdab şəhərində şəhid İbrahim Vəliyevin, Böyük Dəkkə kəndində isə şəhid Nurlan Abdullazadənin ailələri ziyarət olunub.