YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlk səs!

Doğma yurdumu - Ağdamı azad edən lideri seçəcəyəm

Günel Abbas

“Yeni Azərbaycan” qəzetinin müxbiri

Numeroloqlar 7 rəqəminin xassələrini həyatın gizli ritmləri ilə əlaqələndirirlər. Bəzi faktlarda 7 rəqəminin zaman və məkanı idarə etdiyi də bildirilir. Məsələn, eramızdan əvvəl 2500-ci ildə hökmdarlıq etmiş Şumer padşahı Luqulannemundu ölkəsinin Adabe şəhərində ilahə Nintu məbədi tikdirmişdi. Məbədin yeddi darvazası, yeddi qapısı var idi. Tikinti işi qurtarandan sonra bu münasibətlə yeddi buğa və yeddi qoyun qurban kəsmişdilər. İslam ənənələrində cənnətin yeddi qapısı, cəhənnəmin yeddi pilləsi ifadələri məlumdur. Məkkəyə həcc ziyarəti zamanı zəvvarlar müqəddəs Kəbənin ətrafına yeddi dəfə dolanırlar. Müxtəlif kəlamlarda, atalar sözlərində, habelə tarixi faktlarda bu rəqəmə tez-tez rast gəlirik. Bununla yanaşı, işıq spektri yeddi əsas rəngdən ibarətdir, həftənin yeddi günü var və musiqidə səs sırasının yeddi tonu mövcuddur.

Mənim də bu rəqəmlə xüsusi bağım var. Yeddinci ayın yeddinci günündə dünyaya göz açmışam, uğurlu rəqəmim 7-dir və həyatda nail olduğum uğurların əksəriyyətinin tarixi bu rəqəmlə əlaqədardır. Ona görə də, vaxtım olduqca bu barədə araşdırmalar edirəm. Öyrəndiklərimə əsasən deyə bilərəm ki, 7 rəqəminin ən önəmli xüsusiyyətlərindən biri istiqamətverici olmasıdır. Elə ilk dəfə prezident seçkilərində seçici kimi iştirak edəcəyim və öz həlledici səsimdən istifadə etməyim də bu tarixə təsadüf etdi. Ancaq mən düşünürəm ki, bu hadisə - ölkəmizdə prezident seçkilərinin fevral ayının 7-nə təyin edilməsi xalqımızın üçün bir o qədər də təsadüfi deyil. Çünki bütün sahələrdə öz dərin bilgisi və uzaqgörən siyasəti ilə Lider olan İlham Əliyev bununla həm dövlətin idarəsində və atılan addımlarda daim xalqın istiqamətinə güvəndiyini göstərdi. Həm də öz liderini seçmək, öz müqəddəratını təyin etmək, istiqamətini müəyyənləşdirməyin xalqın səsinə bağlı olduğunu və xalqın təyin edəcəyi istiqamətə arxalandığını bir daha sübuta yetirdi.

Az öncə İlham Əliyev haqqında istifadə etdiyim uzaqgörən ifadəsinin izahını qısa bir xatırlatma ilə vermək istərdim. Hələ hakimiyyətinin ilk onilliyində - 2011-ci ildə xarici mediaya verdiyi müsahibələrindən birində ən böyük istəyi barədə ünvanlanan suala cavab olaraq həmin tarixdən on il sonranı görmək istədiyini demişdi. Sevindiricidir ki, məqsədləri böyük dövlətlərin gözündə iddialı görünən İlham Əliyevin fikirləri zamanla öz təsdiqini tapdı, Azərbaycan qoyulan hədəflərin hər birinə çatdı. Düz on il sonra, 2021-ci ildə o, dünya mediasına yenidən müsahibə verdi. Bu dəfə qalib ordunun, qalib xalqın qalib lideri kimi regionda da lider olduğunu dünyaya nümayiş etdirdi.

İlham Əliyev bu zirvəyə bir günə çatmamışdı. O, xalqın hər bir nümayəndəsinin qəlbində ucalaraq zamanla liderə çevrilmişdi. Bu yerdə tarixə qısa bir ekskursiya etmək istərdim. Əslən ağdamlı olsam da, biz Ağcabədi rayonunda yaşayırıq. Yaxşı yadımdadır ki, 2011-ci il dekabrın 24-də 50 yaşı tamam olan İlham Əliyev Ağcabədi rayonuna səfər edərək, Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə görüşmüş, yubileyini onlarla birlikdə qeyd etmişdi. O tarixdən artıq 13 il keçir. Ötən müddət ərzində Azərbaycanın da, Prezidentin də, onunla görüşən məcburi köçkünlərin də statusu dəyişib. İndi İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin Prezidentidir, onunla görüşən Laçın sakinləri isə artıq məcburi köçkün deyillər...

Bəli, İlham Əliyev ölkəmizə 20 illik rəhbərliyi dövründə həmişə öz ata-baba yurdlarından didərgin düşmüş vətəndaşların yanında olub. O, torpaqlarımızı azad etməklə bu gün bizim təkcə səsimizə yox, həm də nəfəsimizə çevrildi. Hər birimizin 30 il əvvəlki tarixdə tutulub qalan nəfəsimizi bizə qaytardı, Qarabağda sönən ocaqlarımızı yenidən qaladı. Ən önəmlisi dünyanın “böyük güclər”inin az qala bir qərinədə həll edə bilmədiyi məsələni 44 günə həll etdi. Bununla da ədalətsizliyin hökm sürdüyü bir zamanda ədaləti bərpa edən lider kimi gənclərə əsl ədalət nümunəsi oldu. Hər gün incələrək üzülməkdə olan inamımızı, düşmən tapdağında qalan imanımızı bərpa etdi.

Həqiqətən də övladlar bu və ya digər mənada öz valideynlərinin yolunu gedirlər. 20 il əvvəl valideynlərim İlham Əliyevi Heydər Əliyevə və onun etimadına görə seçmişdi. Bu gün səslərimizin ünvanı eyni olsa da, səbəbi fərqlidir. Çünki mən İlham Əliyevə bizi illərin boyunduruğundan azad edən, doğma torpaqlarımıza - Ağdama qaytaran bir lider kimi səs verəcəyəm!