YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın seçimi qalib Lider İlham Əliyevdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də YAP Lerik rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun üzvləri Elxan Qənbərov, Hidayət Bəşirov, Gültəkin Şıxəliyeva və Veysəl Məlikov  çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib.

Əminliklə vurğulanıb ki, Azərbaycan xalqı gələcək 7 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini artıq müəyyənləşdirib. Xalqın seçimi qalib Lider İlham Əliyevdir.

Qeyd edək ki, həmin gün YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, təşviqat qrupunun üzvləri Gültəkin Şıxəliyeva, Elxan Qənbərov və Veysəl Məlikov seçicilərlə fərdi görüşlər də keçiriblər.