YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderin yanındayıq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Yardımlı rayonunda şəhid ailələrinin üzvləri, müharibə veteranları, o cümlədən ziyalı və ağsaqqallar, gənclər və idmançılarla görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşkilatın sədr müavini Maqsud Şabiyev, partiyanın İdarə Heyətinin üzvü Əfsun Sucayev, təşviqat qrupunun üzvləri Balamir Adiyev və Mehrəli Mustafayev çıxış ediblər.

Bildirilib ki, son 20 il ərzində dövlətimiz böyük və şərəfli yol keçib. Azərbaycan 2003-2023-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, rayonun Telavar kəndi, eyni zamanda şəhərin H.Əliyev, V.Məmiyev küçələrində seçicilərlə məhəlli görüşlər də keçirilib.