YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda voleybol yarışı keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Xəzər rayon ümumtəhsil məktəblərinin qızları arasında voleybol yarışı təşkil edilib.

Şağan Olimpiya İdman Kompleksində keçilən yarışın final mərhələsi 117 saylı tam orta məktəb və 156 saylı tam orta məktəbinin şagirdləri arasında baş tutub.  

Sağlam həyat tərzinə çağırış ruhunda keçirilən yarışda 156 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Sonda hər iki komandanın üzvləri YAP Xəzər rayon təşkilatı tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.

DİGƏR Xəbərlər Arxiv