YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalıdan olan gənclər Goranboy Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bir qrup gəncin Goranboy rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirilən ekskursiya zamanı gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Sonda xatirə fotosu çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv